Lənkəranda ailə münaqişəsi qanlı hadisə ilə nəticələnib. Kişi həyat yoldaşına çoxsaylı bıçaq zərbələri endirib, hadisə zamanı evdə olan azyaşlı övlad da yaralanıb.
Veten.Az xəbər verir ki, hadisə Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində, “Müəllimlər Binası” kimi tanınan yaşayış binasında baş verib.
Məlumata görə, 34 yaşlı Allahşükür Ağazadə həyat yoldaşı, 1997-ci il təvəllüdlü Rəvanə Ağazadəyə çoxsaylı bıçaq zərbələri endirib.
Hadisə zamanı ərinin həyat yoldaşına vurduğu bıçaq zərbələri evdə olan, 2023-cü il təvəllüdlü azyaşlı övladına da dəyib.
Ağır xəsarətlər alan ana və uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq hospitalizasiya olunublar.
Hadisəni törətməkdə şübhəli bilinən Allahşükür Ağazadə polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Qeyd edək ki, ailə əslən Lənkəran rayonunun Xanbulan kəndindəndir. Onlar hadisənin baş verdiyi ünvanda kirayədə yaşayırlar.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.











































