Avtomobilin nömrəsini dəyişdirmək neçəyə başa gəlir? – Rəsmi rüsum açıqlandı
Avtomobilin dövlət qeydiyyat nişanı yararsız hala düşərsə, onun yenisi ilə əvəz edilməsi üçün nə qədər ödəniş edilməlidir? Bu sual sürücüləri maraqlandıran məsələlərdən biridir.
Veten.Az xəbər verir ki, “Yol hərəkəti haqqında” Qanunun 29-cu maddəsinə əsasən, dövlət qeydiyyat nişanı yararsız hala düşdükdə nəqliyyat vasitəsinin sahibi onun yenisi ilə əvəz edilməsi üçün Daxili İşlər Nazirliyinə müraciət etməlidir.
“Dövlət rüsumu haqqında” Qanuna əsasən, dövlət qeydiyyat nişanının dəyişdirilməsi üçün dövlət rüsumu 30 manat təşkil edir.
Beləliklə, avtomobilin dövlət qeydiyyat nişanı yararsız hala düşdükdə onun yenisi ilə əvəz olunması üçün müvafiq qaydada müraciət edilməli və müəyyən edilmiş dövlət rüsumu ödənilməlidir.











































