Mingəçevirdə binanın blokunda baş verən bədbəxt hadisə 52 yaşlı kişinin həyatına son qoyub.
Veten.Az xəbər verir ki, hadisə zamanı Ağdam rayon sakini, 52 yaşlı Rəşan Bəşirov yaşadığı binanın blokunda pilləkənlərlə aşağı düşərkən ehtiyatsızlıqdan yıxılıb.
Yıxılma nəticəsində baş nahiyəsindən ağır xəsarət alan kişi hadisə yerində həyatını itirib.
Məlumata görə, mərhum daha əvvəl iflic xəstəliyi keçirib.
Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.











































