Bərdə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Veten.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində səhər saat 06:30 radələrində qeydə alınıb.
Cəfərov Nizami Bərxudar oğlu idarə etdiyi “Mercedes-Benz C220 CDI” markalı avtomobillə 71 yaşlı Muradova Əsli Yaqub qızını vurub. Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb. Hadisənin səbəbləri araşdırılır.











































