Bərdə Rayon İcra Hakimiyyətinin başçısı 612 bal toplayan şagirdə planşet hədiyyə edib
Bərdə rayonunda qəbul imtahanlarında yüksək nəticə göstərən şagirdə planşet hədiyyə edilib.
Veten.Az xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev qəbul imtahanında 612 bal toplayan Bərdə şəhər 8 nömrəli tam orta məktəbinin məzunu Atakişiyeva Hafizə Paşa qızı ilə görüşüb və ona planşet hədiyyə edib.
Qeyd edək ki, Hafizə Atakişiyeva qəbul imtahanında 612 bal toplasa da, əsas hədəfinin tibb universitetində təhsil almaq olduğunu bildirib. İstədiyi tibb universitetinə qəbul olmaq imkanının olmadığını nəzərə alaraq, o, bu il ixtisas seçimində iştirak etməyib.
Görüş zamanı şagirdin yüksək nəticəsi və gələcəkdə tibb sahəsində təhsil almaq arzusu diqqətə çatdırılıb. Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Hafizə Atakişiyevaya təhsilində uğurlar arzulayıb və ona planşet hədiyyə edib.
612 bal toplaması ilə yüksək nəticə göstərən Hafizə Atakişiyevanın gələcəkdə qarşıya qoyduğu məqsədə çataraq tibb universitetində təhsil alacağına ümid edirik.













