Bərdə Rayon İcra Hakimiyyətinin başçısı ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş məzunlarla görüşüb
Sentyabrın 8-də Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayon üzrə qəbul imtahanlarında 650-dən yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş məzunlarla görüşüb.
Görüşdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Leyla Mehtiyeva, ETİHİ – nin Bərdə rayon komitəsinin sədri Misir Ənvərli, məktəb direktorları və yüksək nəticə göstərmiş məzunlar iştirak ediblər.
Görüş zamanı 2025–2026-cı tədris ili üzrə Bərdədə təhsil sahəsində əldə olunan nəticələrdən söz açılıb. Bildirilib ki, yüksək göstəricilər şagirdlərin məqsədyönlü hazırlığı, müəllimlərin fədakar əməyi, valideynlərin dəstəyi və ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısının nəticəsidir.
Qeyd olunub ki, Bərdədə təhsil sahəsində ənənəvi olaraq yüksək nəticələrin əldə olunması gənclərin elm və təhsilə olan marağının göstəricisidir. Bu uğurların gələcək illərdə daha da artırılması üçün ardıcıl işlərin davam etdirildiyi vurğulanıb.
Çıxış edənlər yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olmuş məzunları təbrik edib, onlara seçdikləri ixtisas üzrə uğurlar, yeni nailiyyətlər və parlaq gələcək arzulayıblar. Məzunlar da öz növbəsində qazandıqları nəticədən, gələcək təhsil planlarından və qarşılarına qoyduqları məqsədlərdən bəhs ediblər.
Sonda məzunlara Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanlar, hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.
@berde.seheriBərdə Rayon İcra Hakimiyyətinin başçısı ali təhsil müəssisələrinə yüksək balla qəbul olmuş məzunlarla görüşüb Sentyabrın 8-də Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayon üzrə qəbul imtahanlarında 650-dən yuxarı bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş məzunlarla görüşüb. Görüşdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Leyla Mehtiyeva, məktəb direktorları və yüksək nəticə göstərmiş məzunlar iştirak ediblər. Görüş zamanı 2025–2026-cı tədris ili üzrə Bərdədə təhsil sahəsində əldə olunan nəticələrdən söz açılıb. Bildirilib ki, yüksək göstəricilər şagirdlərin məqsədyönlü hazırlığı, müəllimlərin fədakar əməyi, valideynlərin dəstəyi və ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısının nəticəsidir. Qeyd olunub ki, Bərdədə təhsil sahəsində ənənəvi olaraq yüksək nəticələrin əldə olunması gənclərin elm və təhsilə olan marağının göstəricisidir. Bu uğurların gələcək illərdə daha da artırılması üçün ardıcıl işlərin davam etdirildiyi vurğulanıb. Çıxış edənlər yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olmuş məzunları təbrik edib, onlara seçdikləri ixtisas üzrə uğurlar, yeni nailiyyətlər və parlaq gələcək arzulayıblar. Məzunlar da öz növbəsində qazandıqları nəticədən, gələcək təhsil planlarından və qarşılarına qoyduqları məqsədlərdən bəhs ediblər. Sonda məzunlara Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanlar, hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.













