Naxçıvanda ağır qəza: 3 nəfər öldü, 9 nəfər yaralandı
Şahbuzda baş verən qəzada 3 nəfər ölüb, 9 nəfər xəsarət alıb.
Veten.az APA-ya istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının həkimi Nurlan Cəfərov jurnalistlərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, yaralılar saat 21:00 radələrində xəstəxanaya yerləşdirilib.
“Xəstəxanamıza 9 yaralı daxil olub. Onlardan 3-ü azyaşlı, 5-i qadın, 1-i isə orta yaşlı kişidir. Yaralılardan 2-sinin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir. Hazırda onların müalicəsi stasionar şöbədə davam etdirilir”, – həkim qeyd edib.













