Daxili İşlər Nazirliyi vətəndaşları diqqətli olmağa çağırır
Daxili İşlər Nazirliyi kiberdələduzluq hallarına qarşı vətəndaşları diqqətli olmağa çağırıb.
Veten.Az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Məlumata görə, kiberdələduzlar hər gün yeni üsullardan və müxtəlif təkliflərdən istifadə etməklə vətəndaşların bank hesablarına və şəxsi məlumatlarına çıxış əldə etməyə çalışırlar.
Vətəndaşlara “bankdan zəng edirik”, “hədiyyə qazanmısınız”, “uduşunuz var” kimi təkliflərə aldanmamaq tövsiyə olunub.
Qeyd edilib ki, bank və digər qurumların əməkdaşları telefon, sosial şəbəkə və mesajlaşma tətbiqləri vasitəsilə şəxsi və bank məlumatlarını tələb etmirlər.
DİN vətəndaşlara CVV/CVC və OTP kodlarını heç kimə verməməyi, tanımadıqları linklərə daxil olmamağı və şübhəli səhifələrdə kart məlumatlarını paylaşmamağı tövsiyə edib.
Nazirlik xəbərdarlıq edir ki, bir anlıq diqqətsizlik bank hesabındakı vəsaitin itirilməsi ilə nəticələnə bilər.
Şübhəli halla qarşılaşan vətəndaşlardan 102 Xidməti-Zəng Mərkəzinə müraciət etmələri xahiş olunur.











































