Bərdədə “Chevrolet” beton arakəsməyə çırpılıb, sərnişin xəsarət alıb
Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Veten.az xəbər verir ki, qəza ötən gecə Hindarx–Borsunlu avtomobil yolunun Bərdənin Soğanverdilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Ağcabədi rayon sakini Samir Hüseynov 10-YB-774 dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil yol kənarında yerləşən beton arakəsməyə çırpılıb.
Hadisə zamanı avtomobildə olan sərnişin – 1974-cü il təvəllüdlü Hüseyn Əhmədov xəsarət alıb. Yaralı Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.











































