Bərdədə iki avtomobil toqquşub – xəsarət alan yoxdur
Bərdə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Veten.az xəbər verir ki, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb.
Belə ki, VAZ-2106 və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb.
Hadisə zamanı avtomobillərə ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.











































