Ucar rayonunda ölüm hadisəsi baş verib.
Veten.az xəbər verir ki, hadisə gecə saat 3 radələrində rayonun Boyat kəndində qeydə alınıb.
Məlumata görə, kənd sakini, 59 yaşlı L. Əmrəliyevanın meyiti yaşadığı evdə aşkarlanıb.
Qadının ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.











































