SUMQAYITDA DƏHŞƏTLİ QƏZA: İCARƏYƏ GÖTÜRÜLƏN AVTOMOBİL PİYADANI VURDU – AĞIR YARALI VAR

SUMQAYITDA DƏHŞƏTLİ QƏZA: İCARƏYƏ GÖTÜRÜLƏN AVTOMOBİL PİYADANI VURDU – AĞIR YARALI VAR

Sumqayıt şəhərində baş verən yol-nəqliyyat hadisəsi ağır nəticələnib.

Veten.Az-ın məlumatına görə, hadisə şəhərin Bulvar küçəsində qeydə alınıb.

Belə ki, “Rent-a-Car” şirkətindən icarəyə götürülən “Hyundai” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarında olan piyadanı vurub.

Zərbənin təsirindən ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.