ŞOK SİYAHI: Ramiz Mehdiyevin çevriliş planı baş tutsaydı, ölkəni kimlər idarə edəcəkdi? – 14 nəfərin adı yayıldı

ŞOK SİYAHI: Ramiz Mehdiyevin çevriliş planı baş tutsaydı, ölkəni kimlər idarə edəcəkdi? – 14 nəfərin adı yayıldı

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı yayılan məlumatlar gündəmdə qalmaqda davam edir.

Veten.Az xəbər verir ki, sosial şəbəkələrdə və bir sıra yerli mediada Ramiz Mehdiyevin guya hakimiyyət dəyişikliyi planı həyata keçəcəyi təqdirdə müxtəlif dövlət vəzifələrinə gətirməyi nəzərdə tutduğu şəxslərin siyahısı yayılıb.

“Real Azərbaycan” nəşrinin yaydığı məlumata əsasən, siyahıda 14 nəfərin adı və onların tutacağı iddia edilən vəzifələr qeyd olunub.

Həmin siyahını təqdim edirik:

  1. Baş nazir: Əli Həsənov – Prezidentin sabiq köməkçisi;
  2. Vitse-prezident: Sevil İsmayılova – “Şərq-Qərb” nəşriyyat evinin rəhbəri;
  3. Daxili işlər naziri: Levon Qurskaya – yayılan məlumatda Ramiz Mehdiyevin ailə üzvü kimi təqdim olunur;
  4. DTX rəisi: Fikrət Əliyev – Ramiz Mehdiyevin kürəkəninin qardaşı;
  5. Xarici işlər naziri: Eldar Həsənov – sabiq baş prokuror və səfir;
  6. Ədliyyə naziri: İlham Əliyev – Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat;
  7. İqtisadiyyat naziri: Abbas Abbasov – Baş nazirin sabiq müavini;
  8. Baş prokuror: Timur Mehdiyev – Ramiz Mehdiyevin oğlu;
  9. Prezident Administrasiyasının rəhbəri: Fatma Abdullazadə – PA-nın sabiq şöbə müdiri;
  10. PA-nın Ərazi İdarəetmə Şöbəsinin müdiri: Ziya Məmmədov – sabiq nəqliyyat naziri;
  11. Milli Məclisin sədri: İsa Həbibbəyli – AMEA-nın prezidenti;
  12. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı: Elton Məmmədov – sabiq deputat;
  13. Dövlət Gömrük Komitəsinin sədri: Əsabil Qasımov – “Karat” Şirkətlər Qrupunun rəhbəri, sabiq deputat;
  14. Elm və təhsil naziri: Aqiyə Naxçıvanlı – sabiq deputat;
  15. Media və Yayım Şurasının sədri: Bəxtiyar Sadıqov – sabiq deputat.

Qeyd edək ki, siyahı sosial şəbəkələrdə və mediada yayılan məlumatlara əsaslanır. Onun həqiqiliyi və qeyd olunan şəxslərin belə bir planla əlaqəsi müstəqil şəkildə təsdiqlənməyib.

Xatırladaq ki, yayılan məlumatlarda Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edildiyi bildirilir.