• Latest
  • Trending
Serdar Ortaç keçmişdə etdiyi maliyyə səhvlərindən danışdı: “Bir ev bankın, digəri də bankın oldu”

Serdar Ortaç keçmişdə etdiyi maliyyə səhvlərindən danışdı: “Bir ev bankın, digəri də bankın oldu”

10 Avqust 2026
Abşeronda QANLI İNSİDENT: baş həkimin müavini bıçaqlandı

Abşeronda QANLI İNSİDENT: baş həkimin müavini bıçaqlandı

08 Oktyabr 2026
İşçi ərizə yazmasa belə məzuniyyətə göndərilə bilər? – YENİ QAYDALARIN TƏFƏRRÜATLARI

İşçi ərizə yazmasa belə məzuniyyətə göndərilə bilər? – YENİ QAYDALARIN TƏFƏRRÜATLARI

08 Oktyabr 2026
Gəncədə 54 yaşlı piyada avtomobilin vurması nəticəsində xəsarət alıb

Gəncədə 54 yaşlı piyada avtomobilin vurması nəticəsində xəsarət alıb

07 Oktyabr 2026
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb

Şirvanda 18 yaşlı gənc bıçaqlanıb

07 Oktyabr 2026
VİDEO: Oğlunu öldürən erməninin başını kəsib leşini Bərdənin küçələrində sürüyən qadın Ələviyyə xanım

VİDEO: Oğlunu öldürən erməninin başını kəsib leşini Bərdənin küçələrində sürüyən qadın Ələviyyə xanım

07 Oktyabr 2026
Ülfət Qurbanov işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi

Ülfət Qurbanov işdən çıxarılması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi

07 Oktyabr 2026
Məktəb direktoru vəfat etdi

Məktəb direktoru vəfat etdi

06 Oktyabr 2026
Xaçmazda kişi evinin həyətində ölü tapıldı

Xaçmazda kişi evinin həyətində ölü tapıldı

06 Oktyabr 2026
Çağırışçılar üçün YENİLİK: Hərbi xidmətə yararlılığı süni intellekt müəyyənləşdirəcək!

Çağırışçılar üçün YENİLİK: Hərbi xidmətə yararlılığı süni intellekt müəyyənləşdirəcək!

06 Oktyabr 2026
Hacıqabul sakinini kürəyindən bıçaqladılar

Ağstafada iki qardaş bıçaqlanıb

05 Oktyabr 2026
Gəncədə iki nəfər bıçaqlanıb

Ər arvadını bıçaqlayıb polisə təslim oldu

05 Oktyabr 2026
“Ərini evdə saxlayırdın, başqa kişiləri ayrı yerdə” – MƏHKƏMƏDƏ DAVA DÜŞDÜ

“Ərini evdə saxlayırdın, başqa kişiləri ayrı yerdə” – MƏHKƏMƏDƏ DAVA DÜŞDÜ

05 Oktyabr 2026
Veten.Az Milli Xəbər Portalı
Cümə axşamı, Oktyabr 8, 2026
  • Login
Reklam
  • ŞƏHİDLƏRİMİZ
  • SİYASƏT
  • QƏHRAMANLARIMIZ
  • GÜNDƏM
  • Haqqımızda
  • HADİSƏ
  • İDMAN
  • HƏRBİ
  • BÜRCLƏR
  • YUXUYOZMALAR
No Result
View All Result
Veten.Az Milli Xəbər Portalı
No Result
View All Result

Serdar Ortaç keçmişdə etdiyi maliyyə səhvlərindən danışdı: “Bir ev bankın, digəri də bankın oldu”

by Mustafa Həsənov
10 Avqust 2026
in ŞOUBİZNES
0
Serdar Ortaç keçmişdə etdiyi maliyyə səhvlərindən danışdı: “Bir ev bankın, digəri də bankın oldu”

Serdar Ortaç keçmişdə etdiyi maliyyə səhvlərindən danışdı: “Bir ev bankın, digəri də bankın oldu”

Türkiyənin tanınmış müğənnisi Serdar Ortaç illər ərzində qazandığı böyük məbləğlərə baxmayaraq, etdiyi maliyyə səhvləri nəticəsində bir çox əmlakını itirdiyini açıqlayıb.

Veten.Az xəbər verir ki, sənətçi keçmişdə xüsusilə həddindən artıq kredit götürməsinin və qumarın ona ciddi maliyyə itkisi yaşatdığını bildirib.

YOU MAY ALSO LIKE

Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım qızıl hədiyyə etdi

Müğənni Rəqsanə İsmayılovaya ağır itki FOTO

Serdar Ortaç bildirib ki, bir vaxtlar avtomobil və daşınmaz əmlak almaq üçün ard-arda kreditlər götürüb:

“Range Rover-in yeni modeli çıxmışdı. Getdim, birini aldım. Sonra gedib ikincisini də aldım. ‘Bu ev də mənim olsun, o ev də mənim olsun’ deyə hamısına kredit götürdüm. Mən elə bilirdim ki, evləri öz pulumla almışam. Halbuki bankın pulu ilə almışam.

Yan tərəfdəki evi bəyənirdim, banka gedib 10 milyon kredit götürürdüm və ‘bu ev artıq mənimdir’ deyirdim. Xeyr, o ev bankın idi. Çünki bank həmin evə ipoteka qoyurdu. Bir də baxdım ki, 10 kreditim var.”

Müğənni borclarını ödəyə bilmədikdən sonra bəzi əmlaklarını itirdiyini də qeyd edib:

“Borclarımı ödəyə bilməyəndə bir evi bank aldı, digərini də bank aldı. Başqa birini isə bank borclarımı bağlamaq üçün özüm satdım.”

Ortaç bütün yatırımlarının uğursuz olmadığını, lakin düzgün qərarlarla yanaşı ciddi səhvlərə də yol verdiyini deyib.

“Əslində yaxşı yatırımlar da etmişəm. Amma etdiyim yaxşı yatırımların yanında çox böyük səhvlərim də oldu. Xüsusilə qumar və lazımsız borclanma səbəbindən sahib olduğum bir çox şeyi itirdim”, – deyə sənətçi bildirib.

Serdar Ortaç maliyyə alətlərinə də maraq göstərmədiyini söyləyib:

“Ömrümdə heç vaxt səhm almadım. Qızıl da heç almadım. Bankda pul saxlamağı da bacarmıram, evdə nağd pul saxlamağı da sevmirəm. Pul gələndə bildiyim şey daşınmaz əmlak almaqdır.”

Müğənni bu gün yenidən böyük məbləğdə pul qazansa, yenə daşınmaz əmlaka yatırım edəcəyini bildirib. Onun sözlərinə görə, əsas səhvi ev almaq yox, ehtiyacından artıq əmlakı borc hesabına əldə etmək olub.

“Bu gün pul qazansam, yenə ev alaram. Mənim bildiyim yeganə şey budur. Keçmişdəki səhvim daşınmaz əmlak almaq deyildi, lazım olduğundan daha çoxunu borcla almaq idi”, – deyə Ortaç vurğulayıb.

“100 min qazandım, sonra 500 min itirdim”

Sənətçi qumarın yaratdığı psixoloji asılılığın insanı daha böyük itkilərə sürükləyə biləcəyini də qeyd edib.

“O gün qumardan 100 min lirə qazanırsan. Deyirsən ki, heç nə etmədən 100 min lirə qazandım. Çox xoş gəlir. Amma bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı gəlir. Qazandığın 100 mini yenidən qazanacağam deyə oyuna qaytarırsan və sonda 500 min lirə itirirsən. Ümumi hesablayanda isə həmişə zərərdəsən. Qumarın mahiyyəti də məhz budur.”

Serdar Ortaç gənclərə də maliyyə məsələlərində diqqətli olmağı tövsiyə edib.

“Gənc yaşda pul qazanırsınızsa, bunun həmişə davam edəcəyini düşünməyin. Lazımsız yerə borclanmayın. Sırf kredit verilir deyə ehtiyacınız olmayan evi və ya avtomobili almayın. Sağlamlığınızın qədrini bilin, ailə qurmağı təxirə salmayın və gələcəyiniz üçün pul ayırın.”

Müğənni keçmişdə etdiyi səhvlərdən nəticə çıxardığını və insanların onun yaşadıqlarından dərs götürməsini istədiyini bildirib:

“Mən bu gün keçmişə qayıda bilsəm, nə etməyəcəyimi çox yaxşı bilirəm. Siz bunları yaşayaraq öyrənmək məcburiyyətində deyilsiniz. Bugünkü ağlım o vaxt məndə olsaydı, etdiyim şeylərin heç birini etməzdim. Amma o zaman etdim və pul getdi.”

Oxunub 400
ShareTweetShare

Search

No Result
View All Result

Search

No Result
View All Result

Categories

  • BÜRCLƏR (48)
  • GÜNDƏM (93)
  • HADİSƏ (197)
  • HEKAYƏLƏR (11)
  • HƏRBİ (10)
  • İDMAN (4)
  • Kateqoriyasız (16)
  • KRİMİNAL (7)
  • SAĞLAMLIQ (41)
  • ŞƏHİDLƏRİMİZ (32)
  • SİYASƏT (50)
  • ŞOUBİZNES (15)
  • TƏHSİL (21)
  • ÜMUMİ (94)
  • YUXUYOZMALAR (31)

  • Cookie Siyasəti
  • Düzəliş siyasəti
  • Etik Prinsiplər
  • Əlaqə
  • Haqqımızda
  • İdarə Heyyəti
  • İstifadə şərtləri
  • Məxfilik Siyasəti
  • Redaksiya
  • Reklam

VETEN.AZ MİLLİ XƏBƏR PORTALI

No Result
View All Result
  • ŞƏHİDLƏRİMİZ
  • SİYASƏT
  • QƏHRAMANLARIMIZ
  • GÜNDƏM
  • Haqqımızda
  • HADİSƏ
  • İDMAN
  • HƏRBİ
  • BÜRCLƏR
  • YUXUYOZMALAR

VETEN.AZ MİLLİ XƏBƏR PORTALI

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
AZTOP.NET - Топ рейтинг сайтов
MobTop.az
LiveInternet