Müdafiə naziri Zakir Həsənov koronavirusa (COVID-19) yoluxub.
Veten.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi zamanı deyib.
“Zakir Həsənov xəstələndi, Covid oldu”, – Prezident İlham Əliyev qeyd edib.
Dövlət başçısı müdafiə nazirinin müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev Zakir Həsənova salam söyləməyi tapşırıb, şəfa arzulayıb.

