İcra başçısı 680,9 bal toplayan şagirdə öz qələmini hədiyyə etdi
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ali məktəblərə yüksək balla qəbul olan bir sıra məzunlarla görüşüb.
Veten.az xəbər verir ki, görüşdə məzunların qəbul imtahanlarında göstərdikləri nəticələr, əldə etdikləri uğurlar və gələcək təhsil həyatları barədə söhbət aparılıb. Görüşdə iştirak edən məzunlar arasında ən yüksək nəticəni 680,9 bal toplayaraq Tibb Universitetinə qəbul olan Murad Quliyev göstərib.
Murad Quliyev Bərdə şəhər Zərifə Əliyeva adına Texniki Fənlər Təmayüllü Liseyin şagirdidir. Onun 680,9 ballıq nəticəsi görüşdə xüsusi qeyd olunub və yüksək göstəricisinə görə təbrik edilib.
Görüşün sonunda Vidadi İsayev ən yüksək bal toplayan Murad Quliyevə öz qələmini hədiyyə edib. Bu jest gənc məzunun əldə etdiyi uğurun xatirəsi kimi diqqət çəkib.
@berde.seheriİcra başçısı 680,9 bal toplayan şagirdə öz qələmini hədiyyə etdi Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ali məktəblərə yüksək balla qəbul olan bir sıra məzunlarla görüşüb. Veten.az xəbər verir ki, görüşdə məzunların qəbul imtahanlarında göstərdikləri nəticələr, əldə etdikləri uğurlar və gələcək təhsil həyatları barədə söhbət aparılıb. Görüşdə iştirak edən məzunlar arasında ən yüksək nəticəni 680,9 bal toplayaraq Tibb Universitetinə qəbul olan Murad Quliyev göstərib. Murad Quliyev Bərdə şəhər Zərifə Əliyeva adına Texniki Fənlər Təmayüllü Liseyin şagirdidir. Onun 680,9 ballıq nəticəsi görüşdə xüsusi qeyd olunub və yüksək göstəricisinə görə təbrik edilib. Görüşün sonunda Vidadi İsayev ən yüksək bal toplayan Murad Quliyevə öz qələmini hədiyyə edib. Bu jest gənc məzunun əldə etdiyi uğurun xatirəsi kimi diqqət çəkib.♬ orijinal ses – Bərdə Şəhəri













