Göygöl rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Veten.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan VAZ markalı minik avtomobili yolu keçmək istəyən 2000-ci il təvəllüdlü N. Misirovu vurub. Hadisə nəticəsində piyada xəsarət alıb.
Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisənin başvermə şəraiti və qəzanın digər detalları araşdırılır.













