Dələduzluğa görə tutulan 74 yaşlı qadının Fotosu

Dələduzluğa görə tutulan 74 yaşlı qadının Fotosu

Bakıda 74 yaşlı qadın həbs edildi – Dələduzluqda təqsirləndirilir

Bakıda dələduzluqda təqsirləndirilən 74 yaşlı Qədəm Tarverdiyeva saxlanılıb.

Veten.Az xəbər verir ki, hüquq-mühafizə orqanları tərəfindən yeri müəyyən edilən qadın keçirilən axtarış tədbirləri nəticəsində iki gün əvvəl tutulub. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Qədəm Tarverdiyeva başqasının evindən oğurluq etməkdə və torpaq sahəsini qanunsuz zəbt etməkdə ittiham olunur.

O, Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində açılmış cinayət işi üzrə keçirilən məhkəmə proseslərində iştirak etməyib. Bu səbəbdən hakim Fərid Namazovun sədrliyi ilə keçirilən məhkəmə tərkibi onun axtarışa verilməsi, barəsindəki qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunması və Bakı İstintaq Təcridxanasına yerləşdirilməsi barədə qərar qəbul edib.