Cəlilabadda “Mercedes” at arabasına çırpıldı: Xəsarət alanlar var – FOTO
Cəlilabad rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Veten.Az bildirir ki Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Uzuntəpə kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, Müqabil Nağıyevin sürdüyü “Mercedes” markalı avtomobil hərəkətdə olarkən at arabası ilə toqquşub.
Qəza zamanı Şəhriyar Əliyev, Mənsum Abışov və Niyaməddin Həsənov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar tibbi yardım göstərilməsi üçün xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.














