Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək

Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək

Sürücülük vəsiqəsindəki səhvlərə görə dəyişdirilmə zamanı dövlət rüsumu alınmayacaq

Azərbaycanda sürücülük vəsiqəsinin üzərindəki yazılarda yol verilmiş səhvlərə görə sənədin dəyişdirilməsi zamanı dövlət rüsumu tutulmayacaq.

Veten.Az xəbər verir ki, bu məsələ “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Sənəd 2027-ci ilin dövlət büdcəsi zərfinə daxil edilib.

Bundan başqa, qanun layihəsinə əsasən, məcburi köçkünlər 1994-cü il iyunun 1-dək mülkiyyət hüququ əsasında əldə etdikləri şəxsi minik avtomobillərinin texniki baxışdan keçirilməsi, texniki pasportlarının, dövlət qeydiyyat nişanlarının və sürücülük vəsiqələrinin dəyişdirilməsi zamanı müvafiq dövlət rüsumlarını ödəməkdən azad ediləcəklər.