Bərdədə kamaz 17 yaşlı gənc oğlanı vurub

Bərdədə kamaz 17 yaşlı gənc oğlanı vurub

Bərdə-Yevlax avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Veten.Az xəbər verir ki, hadisə zamanı hərəkətdə olan “KamAZ” markalı yük avtomobili yolu keçən 2009-cu il təvəllüdlü Əsədov Şamxal Nəsir oğlunu vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 17 yaşlı Ş.Əsədov Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.