Bərdədə ağır qəza: 5 nəfər yaralandı, 1 nəfər öldü
Bərdə rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni məlumat var.
Vətən.Az xəbər verir ki, hadisə rayonun Alpout kəndi ərazisində qeydə alınıb.
“Saipa” və VAZ-2109 markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.
Xəsarət alanlardan 1989-cu il təvəllüdlü Məmmədiyəyev Aydın Akif oğlu xəstəxanada dünyasını dəyişib.
Digər yaralıların vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Onlar Bərdə Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım alırlar.
Hadisənin səbəbləri və digər təfərrüatlar araşdırılır.













