Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Yeni Daşkənd kəndində sakinlərlə görüşüb
Veten.Az xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Yeni Daşkənd kəndində sakinlərlə səyyar qəbul-görüş keçirib.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı və aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə və inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, eləcə də kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul zamanı rayon rəhbəri ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində görülən işlər və icra olunan layihələr barədə məlumat verib.
Qeyd olunub ki, həyata keçirilən layihələr ölkənin bütün yaşayış məntəqələrini əhatə edir. Həmçinin Yeni Daşkənd kəndində görülən işlər barədə sakinlərə ətraflı məlumat çatdırılıb.
Daha sonra kənd sakinlərinin təklif və şikayətləri dinlənilib. Görülən işlərdən məmnunluqlarını ifadə edən sakinlər onları narahat edən məsələləri və təkliflərini diqqətə çatdırıblar.
Qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.











































