Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclərin Yaşıl Missiyası”layihəsi Bərdə şəhərində baş tutacaq.
“Gənclərin Yaşıl Missiyası” layihəsinin əsas məqsədi Təhsil müəssisələrində gənclər arasında ekoloji maarifləndirməni artırmaq, ətraf mühitin qorunması istiqamətində bilik və bacarıqlar formalaşdırmaq, onlarda təbiətə qarşı məsuliyyətli münasibət və ekoloji davranış vərdişləri aşılamaqdır.
Layihə çərçivəsində keçiriləcək maarifləndirici seminarlar, intellektual yarışma və təmizlik aksiyası vasitəsilə gənclərin ekoloji təşəbbüslərdə fəal iştirakını təmin etmək, onların ətraf mühitin qorunmasına töhfə vermələrini təşviq etmək nəzərdə tutulur.
Əsas hədəfimiz yalnız ekoloji bilikləri artırmaq deyil, həm də təbiətə qayğı ilə yanaşan, ətraf mühitin qorunmasını şəxsi məsuliyyəti hesab edən və gələcəkdə də ekoloji təşəbbüsləri davam etdirəcək gənc nəslin yetişdirilməsidir.“Gənclərin Yaşıl Missiyası” layihəsi çərçivəsində ekologiya və ətraf mühitin qorunması ilə bağlı maraqlı, maarifləndirici və interaktiv mövzular sizi gözləyir:
1. Ekoloji maarifləndirmə – Ekologiya nədir və təbiətin qorunması niyə vacibdir?
2. Ətraf mühitin çirklənməsi – Hava, su və torpaq çirklənməsinin səbəbləri və nəticələri.
3. İqlim dəyişiklikləri – Qlobal istiləşmə və onun təbiətə təsiri.
4. Tullantıların idarə olunması – Tullantıların çeşidlənməsi, təkrar emal və plastik istifadəsinin azaldılması.
5. Yaşıl gələcək və dayanıqlı inkişaf – Ekoloji cəhətdən sağlam gələcək üçün atılmalı addımlar.
6. Gənclərin ekoloji məsuliyyəti – Hər bir gəncin təbiətin qorunmasında rolu və fərdi töhfəsi.
7. Praktiki ekoloji fəaliyyətlər – Təmizlik aksiyası, ətraf mühitin qorunması və ekoloji təşəbbüslər.
Lahiyə Rəhbəri: Məsimzadə Sunay

