Skip to content
Veten.Az Milli Xəbər Portalı Veten.Az Milli Xəbər Portalı Veten.Az Milli Xəbər Portalı

Ən son dəqiq və operativ xəbərlər

Veten.Az Milli Xəbər Portalı Veten.Az Milli Xəbər Portalı Veten.Az Milli Xəbər Portalı

Ən son dəqiq və operativ xəbərlər

  • HADİSƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • İDMAN
  • MƏDƏNİYYƏT
  • KRİMİNAL
  • DÜNYA
  • Bürc Uyğunluğu
  • TƏHSİL
  • Tarot Oxunuşu
  • Numerologiya
  • Çin Təqvimi
  • Gündəlik Bürclər – Bu Gün Sizi Nələr Gözləyir?
  • HADİSƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • İDMAN
  • MƏDƏNİYYƏT
  • KRİMİNAL
  • DÜNYA
  • Bürc Uyğunluğu
  • TƏHSİL
  • Tarot Oxunuşu
  • Numerologiya
  • Çin Təqvimi
  • Gündəlik Bürclər – Bu Gün Sizi Nələr Gözləyir?
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
ABONE OL
ogey
GÜNDƏMHADİSƏKRİMİNAL

Nərgiz Nəcəfovanın qətlində ata və ögey anaya hökm oxundu

By Mustafa Həsənov
27 Noyabr 2026 20:10

2020-ci ildə itkin düşən, dörd il sonra isə doğma atası və ögey anası tərəfindən qətlə yetirildiyi məlum olan Nərgiz Nəcəfovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Qətli törətməkdə təqsirləndirilən ata və həyat yoldaşı uzunmüddətli həbs cəzasına məhkum ediliblər.

Veten.Az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 1965-ci il təvəllüdlü Şikar Nəcəfov və 43 yaşlı həyat yoldaşı Ramilə Nəcəfov barəsində hökm elan olunub.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.9-cu maddələri üzrə təqsirləri sübuta yetirilən Şikar Nəcəfov 18 il, Ramilə Nəcəfova isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

İstintaq materiallarına əsasən, hadisə Ağdam rayonunun Yeni İmamqulubəyli qəsəbəsində baş verib. Şikar Nəcəfov və həyat yoldaşı qızları Nərgiz Cəfərovanın həyat tərzini bəhanə edərək onu öldürmək qərarına gəliblər.

Məlumata görə, ər-arvad cinayəti əlbir şəkildə törədiblər. Ata yatdığı yerdə olan qızının üzərinə çıxaraq onun nəfəs yollarını sıxıb, Ramilə Nəcəfova isə Nərgizin ayaqlarından tutaraq hərəkət etməsinə mane olub.

Bundan sonra Nərgizin boyun nahiyəsinə dəmir linglə zərbələr endirilib. Onun öldüyünə əmin olduqdan sonra meyit dəhrə və balta vasitəsilə hissələrə bölünüb.

Beləliklə, 2020-ci ildə itkin düşən Nərgiz Nəcəfovanın qətli ilə bağlı məhkəmə prosesi təqsirləndirilən şəxslərə ağır həbs cəzalarının verilməsi ilə yekunlaşıb.

Paylaş

Tags:

Ağdam qətliGəncə Ağır Cinayətlər MəhkəməsiNərgiz NəcəfovaNərgiz Nəcəfovanın qətliRamilə NəcəfovaŞikar Nəcəfov
Author

Mustafa Həsənov

Mustafa Adil oğlu Həsənov – jurnalist, media rəhbəri və Veten.Az Milli Xəbər Portalının təsisçisi və baş redaktorudur. 26 mart 1996-cı ildə Bərdə rayonunun Köbərkənd kəndində anadan olub. 2018-ci ildən Bərdə Şəhəri adlı yerli media platformasının rəhbəridir. 2020-ci ildə Vətən müharibəsində iştirak edib, “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunub. Media sahəsində fəaliyyəti ilə yanaşı, informasiya texnologiyaları və rəqəmsal media istiqamətində də çalışır.

Follow Me
Other Articles
6yas
Previous

Ağsuda 6 yaşlı Ramal ağacın altında qalaraq öldü – Hadisənin təfərrüatları

partlayis
Next

Sumqayıtda zavodda partlayış baş verib, yanğın yaranıb

🌟 Gündəlik bürclər
♈ Qoç ♉ Buğa ♊ Əkizlər ♋ Xərçəng ♌ Şir ♍ Qız ♎ Tərəzi ♏ Əqrəb ♐ Oxatan ♑ Oğlaq ♒ Dolça ♓ Balıqlar
📅 Həftəlik bürclər
♈ Qoç ♉ Buğa ♊ Əkizlər ♋ Xərçəng ♌ Şir ♍ Qız ♎ Tərəzi ♏ Əqrəb ♐ Oxatan ♑ Oğlaq ♒ Dolça ♓ Balıqlar
❤️ Bürclərin uyğunluğu
Bürclər bir-biri ilə nə dərəcədə uyğundur?
🔮 Tarot falı
Tarot kartları ilə falınızı öyrənin
🔢 Numerologiya
Doğum tarixinizin gizli mənasını öyrənin
🏮 Çin təqvimi
Çin təqviminə görə hansı heyvansınız?
  • Reklam
  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Redaksiya
  • Düzəliş siyasəti
  • İdarə Heyyəti
  • Etik Prinsiplər
  • Cookie Siyasəti

Son Yazılar

  • Sumqayıtda zavodda partlayış baş verib, yanğın yaranıb
  • Nərgiz Nəcəfovanın qətlində ata və ögey anaya hökm oxundu
  • Ağsuda 6 yaşlı Ramal ağacın altında qalaraq öldü – Hadisənin təfərrüatları
  • Baş nazir Əli Əsədov yeni qərar imzaladı
  • Lənkəranda dəhşətli qəza: 10 yaşlı uşağı avtomobil vuraraq öldürdü
Copyright 2026 — Veten.Az Milli Xəbər Portalı.
AZTOP.NET - Топ рейтинг сайтов
LiveInternet
Azəri saytlar