Ağsuda 6 yaşlı Ramal ağacın altında qalaraq öldü – Hadisənin təfərrüatları
Ağsu rayonunda güclü küləyin aşırdığı ağacın altında qalaraq ağır xəsarət alan 6 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.
Veten.Az xəbər verir ki, faciəvi hadisə rayonun Musabəyli kəndində baş verib.
Belə ki, 6 yaşlı Ramal Abdullayev azyaşlı qardaşı ilə birlikdə kənd ərazisində gəzərkən güclü külək nəticəsində hündür ağaclardan biri aşıb. Ağacın altında qalan Ramal ağır xəsarətlər alıb.
Hadisəni görən kənd sakinləri dərhal uşağın köməyinə çataraq onu ağacın altından çıxarıb və xəstəxanaya çatdırıblar.
Rayon xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra azyaşlı Bakıda yerləşən xəstəxanalardan birinə təxliyə edilib. Həkimlərin bütün səylərinə baxmayaraq, Ramalın həyatını xilas etmək mümkün olmayıb.
Mərhum doğulduğu Musabəyli kəndində torpağa tapşırılıb.
Faktla bağlı araşdırma aparılır.