Bakıda baş verən yol-nəqliyyat hadisəsi Bərdə rayon sakininin həyatına son qoyub.
Veten.Az-ın əldə etdiyi məlumata görə, qəza nəticəsində 1999-cu il təvəllüdlü Yusifov Çərkəz Elnur oğlu dünyasını dəyişib.
Hadisənin hansı şəraitdə baş verdiyi və qəzanın digər təfərrüatları barədə hələlik ətraflı məlumat yoxdur.
Faktla bağlı əlavə məlumat əldə olunarsa, ictimaiyyətə məlumat veriləcək.
