Quba rayonunda məktəbli qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Veten.Az-ın məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, yolu keçən zaman avtomobilin vurduğu 2010-cu il təvəllüdlü Z. Məmmədbəyova müxtəlif dərəcəli xəsarətlər alıb. Yeniyetmə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
