Beyləqan rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. VAZ-2106 markalı avtomobilin su arxına aşması faciə ilə nəticələnib.
Veten.Az-ın əldə etdiyi məlumata görə, qəza rayonun Baharlı qəsəbəsində qeydə alınıb.
Arif Məhəmməd oğlu Aslanov idarə etdiyi VAZ-2106 markalı avtomobildə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi su arxına aşıb.
Hadisə zamanı sürücü həyatını itirib. Avtomobildə olan sərnişin – 1967-ci il təvəllüdlü, Beyləqan rayon sakini Həbib Şəmil oğlu Kərimov isə müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanılıb, hadisənin təfərrüatları araşdırılır.

