Sabirabadda gəlin qayınatasını bıçaqladı – AİLƏ DAVASI QANLA BİTDİ!

Sabirabadda gəlin qayınatasını bıçaqladı – AİLƏ DAVASI QANLA BİTDİ!

Sabirabad rayonunda ailə daxilində baş verən münaqişə qanlı hadisə ilə nəticələnib. Gəlinlə qayınata arasında yaranan mübahisə bıçaqlanma ilə başa çatıb.

Veten.Az xəbər verir ki, hadisə noyabrın 18-də qeydə alınıb.

Məlumata görə, G.A. yaşadığı evdə münaqişə zəminində qayınatasına mətbəx bıçağı ilə xəsarət yetirib. Yaralı xəstəxanaya çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən qadın polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, hadisənin səbəbləri araşdırılır.