Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücünün kimliyi məlum olub. Onun həkim olduğu bildirilir.
Veten.Az xəbər verir ki, hadisə Bərdə-Yevlax avtomobil yolunun Saatlı kəndi ərazisindən keçən hissəsində baş verib.
Məlumata görə, Aynur Həsənova idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçmək istəyən Bərdə rayonunun Qarağacı kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Əfqan oğlu Qasımovu vurub.
Ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib.
Bəzi məlumatlara görə, sürücü Aynur Həsənova Bərdə Rayon Mərkəzi Xəstəxanasında ginekoloq-həkim işləyir.
Mərhumun meyiti aidiyyəti üzrə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon morquna təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

