Yevlaxda ağır qəza: Sürücü və sərnişin həyatını itirdi

Yevlaxda ağır qəza: Sürücü və sərnişin həyatını itirdi

Yevlax rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobilinin aşması nəticəsində sürücü və sərnişin ölüb.

Veten.Az xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonundan keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Goranboy rayon sakini Tural Əliyevin idarə etdiyi “Infiniti” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü Tural Əliyev və avtomobildə olan sərnişin Pəri Məstəliyeva hadisə yerində həyatlarını itiriblər.

Hadisənin təfərrüatları araşdırılır.