Neftçala rayonunda ev sahibinə qarşı quldurluq hadisəsi baş verib. Hadisə ilə bağlı iki nəfər saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.
Veten.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ev sahibinə qarşı quldurluq edilməsi və 11 min manat pulun talanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Q.Talıbov və N.Muxtarov saxlanılıblar.
Araşdırmalar zamanı saxlanılan şəxslərin quldurluq hadisəsini əvvəlcədən planlaşdırdıqları və ələ keçirdikləri pul vəsaitini aralarında böldükləri müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Q.Talıbov və N.Muxtarov barəsində həbs qətimkan tədbiri seçilib.

