Bakı-Qazax magistralında baş verən ağır yol qəzası faciə ilə nəticələnib. Avtomobilin aşması nəticəsində bir nəfər həyatını itirib, daha iki nəfər isə xəsarət alıb.
Veten.Az xəbər verir ki, hadisə magistral yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza zamanı 1992-ci il təvəllüdlü A. Müslümanov, 1999-cu il təvəllüdlü E. Həmzəyev və 1987-ci il təvəllüdlü Ş. İsmayılova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıb. Həkimlərin bütün səylərinə baxmayaraq, A. Müslümanovun həyatını xilas etmək mümkün olmayıb.
Digər yaralıların vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.
Hadisənin səbəbləri araşdırılır.

