Goranboyda 35 yaşlı kişi GÜLLƏLƏNDİ – Xəstəxanaya çatdırıldı

Goranboyda 35 yaşlı kişi GÜLLƏLƏNDİ – Xəstəxanaya çatdırıldı

Goranboy rayonunda 35 yaşlı kişi güllə xəsarəti alıb.

Veten.Az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Məlumata görə, Sabirabad rayon sakini, 35 yaşlı Q. Əskərov tir tüfəngi ilə ehtiyatsız davrandığı üçün xəsarət alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.