Ağır qəza: 6 nəfər yaralandı – ADLAR

Ağır qəza: 6 nəfər yaralandı – ADLAR

Gəncədə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər xəsarət alıb.

VETEN.az xəbər verir ki, qəza şəhər ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Toyota” markalı avtomobillə digər nəqliyyat vasitəsi toqquşub.

Hadisə nəticəsində E. Əsədullayev, A. Hüseynova, A. Əsədullayeva, C. Əsədullayeva, A. Əsədullayeva və E. Hümbətov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıblar. Onların vəziyyətlərinin kafi olduğu bildirilir.