18 yaşlı gənc faciəvi qəzada öldü: İki nəfər yaralandı – ADLAR

18 yaşlı gənc faciəvi qəzada öldü: İki nəfər yaralandı – ADLAR

Şəmkirdə baş verən ağır yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib. Qəza zamanı 18 yaşlı gənc həyatını itirib, daha iki nəfər isə xəsarət alıb.

Veten.Az-ın xəbərinə görə, hadisə nəticəsində avtomobildə sərnişin qismində olan 18 yaşlı T. Orucov aldığı xəsarətlərdən ölüb.

Qəza zamanı sükan arxasında olan 20 yaşlı V. Əmrahov və 24 yaşlı C. Rüstəmov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Məlumata görə, VAZ-2106 markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.