Azərbaycanda ağır qəza ÖLƏN VAR

Azərbaycanda ağır qəza ÖLƏN VAR

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Veten.Az-ın məlumatına görə, Şəmkir rayon ərazisində minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onlardan biri dünyasını dəyişib.

Digər zərərçəkənlərin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.