Azərbaycanda kişi digər kişini videogörüntülərlə şantaj etdi – 8 min manat tələb edib
Azərbaycanda hədə-qorxu ilə pul tələb etmə faktı qeydə alınıb.
Veten.Az-ın əldə etdiyi məlumata görə, 38 yaşlı S. Kazımov 44 yaşlı R. Bağırovu videogörüntülərlə şantaj edib.
Belə ki, həmin görüntülərdə R. Bağırovun döyüldüyü əks olunub. S. Kazımov bu videogörüntüləri yayacağı ilə hədələyərək ondan səkkiz min manat pul tələb edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb. Şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

