Bakının Sabunçu qəsəbəsində iki yaşlı uşaq bədbəxt hadisə nəticəsində həyatını itirib.
Veten.Az xəbər verir ki, 2024-cü il təvəllüdlü A.İ. qonşusunun evində olarkən pilləkəndən yıxılıb. Uşaq aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.










































