Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
Şirvan şəhərində 18 yaşlı gəncin bıçaqlanması ilə nəticələnən hadisə baş verib.
Veten.Az xəbər verir ki, hadisə nəticəsində şəhər sakini, 18 yaşlı Əli Əhədov sağ bud nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət alıb. Yaralı tibbi yardım göstərilməsi üçün Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.
Məlumata görə, gəncin hansı şəraitdə xəsarət aldığı və hadisəni kimin törətdiyi hələlik müəyyənləşdirilməyib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi və şübhəli şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.











































