Gəncədə 54 yaşlı piyada avtomobilin vurması nəticəsində xəsarət alıb
Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Veten.Az xəbər verir ki, hadisə Nizami Gəncəvi prospektində qeydə alınıb.
Məlumata görə, prospekt üzrə hərəkətdə olan avtomobil yolu keçməyə çalışan 54 yaşlı F. Bağırovu vurub.
Qəza nəticəsində xəsarət alan piyada təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisənin başvermə səbəbləri və qəzanın digər halları araşdırılır. Faktla bağlı müvafiq araşdırma aparılır.











































