Oktyabrın 1-də Sumqayıt şəhərinin Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova qətlə yetirilib. Hadisədə şübhəli bilinən qadının 33 yaşlı həyat yoldaşı Əsgər Hüseynov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Veten.Az xəbər verir ki, hadisə oktyabrın 1-də baş verib. Məlumata görə, Şəhanə İmanova başının kəsilməsi ilə nəticələnən amansız qətlin qurbanı olub.
İlkin məlumatlara əsasən, Şəhanə İmanova ilə Əsgər Hüseynov təxminən üç il əvvəl ailə qurublar.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Qətlin səbəbləri və hadisənin digər təfərrüatları barədə əlavə məlumat verilməyib.
Qeyd: Şübhəli şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetirilməyənədək o, təqsirsiz hesab olunur.











































