Biləsuvar rayonunda ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.
Veten.Az xəbər verir ki, kənd sakini, 2000-ci il təvəllüdlü Milan Loğman oğlu Soltanlı həmkəndlisi tərəfindən bıçaq xəsarətləri alıb. Gəncin həyatını xilas etmək mümkün olmayıb və o, aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib.
Hadisəni törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü İlkin Mehtiyev mərhumun qohumu olub. O, polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hadisənin digər təfərrüatları araşdırmaların nəticəsinə uyğun olaraq məlum olacaq.











































