Hacıqabul sakinini kürəyindən bıçaqladılar

Hacıqabul sakinini kürəyindən bıçaqladılar

Hacıqabul sakini naməlum şəxs tərəfindən bıçaqlanıb.

Veten.az xəbər verir ki, Hacıqabul sakini, 1977-ci il təvəllüdlü Nəcəfov Şahin Raqif oğlu kürəyindən kəsici alətlə xəsarət alıb.

Şirvan şəhər xəstəxanasına yerləşdiriliən yaralı dərhal əməliyyata götürülüb.

Hadisənin hansı şəraitdə baş verdiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.