Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib.
Veten.Az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, komitə sədrinin müavini Fatma Yıldırım sosial media hesabında paylaşım edib.
Deputatın sözlərinə görə, iclas zamanı komitənin ötən sessiyalar dövründə gördüyü işlər, qarşıdakı dövr üçün fəaliyyət planı və gündəlikdə olan qanun layihələri müzakirə olunub.
Fatma Yıldırım çıxışı zamanı Azərbaycanda təbii ehtiyatlardan səmərəli istifadə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ətraf mühitin mühafizəsi və yaşıl inkişaf istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.
O bildirib ki, bu sahələr üzrə qanunvericiliyin təkmilləşdirilməsi və qarşıda duran məsələlərin həlli istiqamətində fəaliyyət bundan sonra da davam etdiriləcək.
İclasın yekununda komitənin 2026-cı ilin payız sessiyası üçün iş planı təsdiqlənib. Həmçinin gündəlikdəki qanun layihələrinin Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılması tövsiyə olunub.













