Bərdədə ağır yol qəzası: qadın həyatını itirib
Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.
Veten.Az xəbər verir ki, hadisə sentyabrın 9-da qeydə alınıb. Məlumata görə, İ.Zeynalovun idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçən Məmmədova Sücayət Muxtar qızını vurub.
Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin aldığı xəsarətlər nəticəsində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.













