Bərdə sakini Bakıda elektrik cərəyanının qurbanı oldu

Bərdə sakini Bakıda elektrik cərəyanının qurbanı oldu

Bakıda bədbəxt hadisə nəticəsində Bərdə rayon sakini həyatını itirib.

Veten.Az xəbər verir ki, hadisə Xətai rayonu, NZS qəsəbəsində baş verib. Burada usta işləyən, 1958-ci il təvəllüdlü Bərdə rayon sakini Fəxrəddin Əliş oğlu Hacıyevi elektrik cərəyanı vurub.

F.Hacıyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.