Bərdədə icra başçısı Xanxanımlı sakinləri ilə görüşdü – müraciətlər dinlənildi
Veten.Az xəbər verir ki, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Xanxanımlı kəndində sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib.
Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Görüş zamanı Xanxanımlı kənd sakinlərinin müraciətləri dinlənilib, onları narahat edən sosial, kommunal və digər məsələlər müzakirə olunub.
Qaldırılan məsələlərin bir qismi yerindəcə həll edilib. Əlavə araşdırma tələb edən müraciətlərlə bağlı isə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Səyyar qəbul zamanı vətəndaş məmnunluğunun təmin edilməsi, sakinlərin problemlərinin yerində öyrənilməsi və onların operativ həlli istiqamətində görülən işlər barədə də məlumat verilib.
Bildirilib ki, vətəndaş müraciətlərinə həssas yanaşılması və problemlərin operativ həlli məqsədilə Bərdə rayonunun yaşayış məntəqələrində səyyar qəbul-görüşlər mütəmadi olaraq keçirilir.
Xanxanımlı kənd sakinləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
@berde.seheriBərdə rayonunda rayon rəhbərinin növbəti səyyar qəbul-görüşü Xanxanımlı kəndində keçirilib Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev tərəfindən vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılması tələb olunan müraciətlərlə bağlı isə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Səyyar qəbul zamanı kənd sakinlərini narahat edən sosial, kommunal və digər məsələlər müzakirə olunub, vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Qeyd olunub ki, vətəndaş müraciətlərinə həssas yanaşılması, onların problemlərinin yerində öyrənilməsi və operativ həlli məqsədilə rayonun yaşayış məntəqələrində səyyar qəbullar mütəmadi olaraq davam etdirilir. Xanxanımlı kəndinin sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.♬ orijinal ses – Bərdə Şəhəri











































