Bərdədə ot tayasında yanğın baş verib
Veten.Az xəbər verir ki, hadisə Bərdə rayonunun Köbərkənd kəndində yanğın hadisəsi baş verib.
Hadisə kənd sakini Taleh Süleymanova məxsus həyətyanı sahədə yerləşən ot tayasında qeydə alınıb.
Yanğınla əlaqədar əraziyə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Yanğın söndürülüb və alovun ətraf ərazilərə keçməsinin qarşısı alınıb.













